AZ

Avropada ötən ay təbii qazın istehlakı artıb, ABŞ-da isə azalıb

Bu ilin yanvar ayında Avropa İttifaqında təbii qaz istehlakı illik müqayisədə 10% artaraq 47 mlrd. kubmetrə çatıb.

Bu barədə “APA-Economics” Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum - GECF) hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, artım əsasən əhalinin yaşayış sektorunda məkan isidilməsinə tələbatın güclənməsi, eləcə də mövsümi normadan daha soyuq hava şəraiti fonunda elektrik enerjisi istehsalında qazdan istifadənin bərpası ilə əlaqədar olub.

Bildirilir ki, eyni dövrdə ABŞ-da təbii qaz istehlakı illik müqayisədə 1,1% azalaraq 108,7 mlrd. kubmetr səviyyəsində olub.

“Bu, ölkənin bəzi bölgələrində soyuq hava şəraitinə baxmayaraq, yaşayış, kommersiya və elektrik enerjisi sektorlarında tələbatın zəifləməsi ilə izah olunur”, - hesabatda qeyd olunur.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Seçilən
17
2
apa.az

3Mənbələr