AZ

“Qalatasaray”dan “Fənərbaxça” matçı ilə bağlı olay paylaşım

“Qalatasaray” 1-1 hesabı ilə yekunlaşan “Fənərbaxça” - “Kasımpaşa” matçından sonra diqqət çəkən paylaşım edib. Metbuat.az xəbər verir ki, “Konyaspor” matçında qeydə alınmayan qolu xatırladan “Qalatasaray”, bu həftə baş verən oxşar vəziyyətlərin görüntülərini paylaşıb. “Qalatasaray”ın paylaşımında Marko Asensionun “Fənərbaxça” - “Kasımpaşa” matçındakı qolu da yer alıb.

Qeyd edək ki, “Konyaspor” matçında hesab 0-0 olarkən “Qalatasaray”ın qolu oyundan kənar vəziyyət səbəbilə ləğv edilib.

Seçilən
4
metbuat.az

1Mənbələr