AZ

Minimum əməkhaqqı ilə bağlı yeni qayda təsdiq edildi: Kimlərin maaşı artacaq?

Bakı. Trend:

Azərbaycan Prezidenti “Əmək Məcəlləsi"ndə dəyişiklikləri təsdiqedib. Yeni dəyişikliklərə əsasən, minimum əmək haqqı məbləğinə ildəən azı bir dəfə baxılacaq. Bu, o deməkdir ki, yeni dəyişiklik iləminimum əmək haqqı artımında dövrülük təmin olunacaq. Bu artımlarınhəmçinin qanunla tənzimlənməsi anlamına da gəlir.

Trend xəbərverir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkəhesabındakı paylaşımında dəyişiklikləri şərh edib.

"Minimum əmək haqqındakı mütəmadi artım sadəcə aşağı maaşalanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütünpillələri üzrə əməkhaqlarında artımları təmin edir. Belə ki, dövlətbüdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıqtarif (vəzifə) maaşları minimum əmək haqqı artırılandan bir aymüddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Bura sosial,elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya vəətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə,meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışandövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşlarıdaxildir.

Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayanvətəndaşlarımızın əmək haqqları VTC əsasında dövlət büdcəsindənmaliyyələşdirilir. Cədvəldə maaşlar 19 dərəcə üzrəmüəyyənləşdirilir. Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1150manatdır. Minimum əmək haqqının dövrü olaraq artırılması paraktikolaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əməkhaqqının minimum səviyyədən az və çox olması xüsusi önəmdaşımır.

Minimum əmək haqqında gözlənilən artımlar həm dövlət, həm özəlsektorda maaş artımlarına səbəb olacaq. Belə ki, hər iki sektordaminimum əmək haqqından az maaş təklif etmək qanunvericilikləqadağandır. Bütövlükdə, minimum əmək haqqının artırılması 700 minvətəndaşımızın maaşlarının artmasına səbəb olur".

Seçilən
57
49
az.trend.az

10Mənbələr