AZ

Ən çox uçuş əlaqəsinə malik HAVA LİMANLARI

Yazını böyüt
Yazını kiçilt

OAG (Rəsmi Hava Yolları Bələdçisi) dünyanın ən böyük uçuş əlaqəsinə malik hava limanlarının siyahısını tərtib edib.

Hafta.az yazır ki, İstanbul Hava Limanı 82733 uçuş əlaqəsi və 327 istiqamətlə siyahıda birinci yerdədir.

İlk üçlükdə İstanbulu 73221 uçuş əlaqəsi və 307 istiqamətlə Frankfurt Hava Limanıvə 66798 uçuş və 275 istiqamətlə Amsterdam Schiphol hava limanı izləyir.

Dördüncü yerdə ABŞ-dan Çikaqo O'Hare (65141 uçuş və 297 istiqamət), beşinci pillədə isə Atlanta Hartsfield-Jackson (53374 uçuş və 251 istiqamət), altıncı yerdə London Heathrow (59240 uçuş və 226 istiqamət), yeddinci yerdə Paris Charles de Gaulle (57014 uçuş və 299 istiqamət) yer alıb.

İlk 10-luğa daxil olan digərləri - Dubay 46104 uçuş əlaqəsi və 280 istiqamətlə səkkizinci, Dallas Fort-Uert 45627 uçuş və 272 istiqamətlə doqquzuncudur. Onluğu 41572 uçuş və 179 istiqamətlə Seul İnçxon hava limanı tamamlayır.

Seçilən
15
hafta.az

1Mənbələr