AZ

“Mançester Yunayted”in məğlubiyyətsiz oyunlar seriyası 6-ya çatıb

Bakı, 24 fevral, AZƏRTAC

İngiltərə Premyer Liqasında XXVII tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, bağlanış oyununda "Mançester Yunayted" səfərdə “Everton”un qonağı olub. Görüş “qırmızı şeytanlar”ın minimalhesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 71-ci dəqiqədə Benjamin Şeşko vurub.

Bu qələbədən sonra xallarını 48-ə çatdıran Mançester təmsilçisi 4-cü pilləyə yüksəlib. Komanda növbəti oyununu martın 1-də doğma meydanda “Kristal Pelas”a qarşı keçirəcək.

Qeyd edək ki, “Mançester Yunayted” yeni baş məşqçisi Maykl Kerrikin rəhbərliyi altında meydana çıxdığı 6 qarşılaşmada 5 qələbə qazanıb, bir dəfə isə heç-heçə edib.

 

Seçilən
35
azertag.az

1Mənbələr