AZ

Oğuzda avtomobil ağaca çırpıldı - Xəsarət alanlar var

Oğuz rayonunda avtomobil ağaca çırpılıb, üç nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı -Şəki avtomobil yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 23 yaşlı Səddam Allahverdiyev, sərnişinlər - 24 yaşlı Cəmil Şərifli və 25 yaşlı Okan Həmidli müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
1
2
unikal.az

10Mənbələr