AZ

Qışda yığılan yerkökü məhsuldarlığı ilə seçilir REPORTAJ

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Tovuz, 24 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuzda payızlıq yerkökünün yığımına başlanıb. Qışın soyuq günlərinə baxmayaraq, fermerlər tərəvəzin bu növünü sahədən toplamaqla məşğuldur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlar payızda əkdikləri yerkökünün bu il məhsuldar olduğunu bildirir. Bir hektardan təxminən 45 ton yerkökü əldə edilir.

Təsərrüfatçılar bildirir ki qışda əldə edilən məhsul daha sərfəlidir. Çünki yazlıq kökdən fərqli olaraq havanın soyuq və şaxtalı olması zərərverici və digər xəstəliklərə qarşı dərmanlamadan istifadə etməməyə səbəb olur. Bu da tərəvəzin təbii inkişafı deməkdir. Lakin bu qədər məhsulun alıcısı çox azdır. Kənd sakini Ələddin Hüseynov deyir ki yerkökünü ildə iki dəfə - yazda və payızda becərir. Yayda və qışda isə toplayı: “Yerkökünün şaxtaya davamlı olması məhsulu problemsiz yığmağımıza kömək edir. Alıcımız hazırda azdır. Qiymətlər də aşağıdır. Hazırda yerkökünün bir kiloqramı 40-45 qəpikdir”.

Yerkökü üzrə ixtisaslaşan Tovuzun Hunalar kəndinin sakinləri kütləvi əkin həyata keçirir. Məhsula tələbatı nəzərə alaraq, istehsal etdikləri kök həm açıq hava şəraitində, həm də sellofan altı-qapalı şəraitdə becərilir ki, bunun da nəticəsində demək olar ki qısa fasilələrlə bütün ilboyu yerkökü yığımı aparılır. Yayda məhsul xarici ölkələrə ixrac edilsə də qışda əldə edilən məhsul yalnız yerli bazarlara çıxarılır.

Mütəxəssislər yerkökünü fermerlər üçün gəlirli sayır. Təkcə bir hektarlıq yerkökünə min manatdan çox vəsait sərf olunur. Məhsul yığımı zamanı satış qiymətlərinin aşağı olması və digər problemlərlə qarşılaşmamaq üçün fermerlər bir neçə amilə diqqət yetirməlidir.

“Fermerlər, fərdi təsərrüfat sahibləri istehsal etdikləri məhsulun birinci növbədə keyfiyyətinə fikir verməlidirlər və optimal səpin müddəti nəzərdə tutulmalıdır. Keyfiyyətli şum aparılmalıdır, bitkiyə lazım olan aqrotexniki qulluqlar günün tələbləri səviyyəsində edilməlidir. Ancaq əfsuslar olsun ki, dediyimiz bu xərclərin təsiri nəticəsində fermerlər istədiyi nəticəyə nail ola bilmirlər. Niyə? Çünki, istehsal olunan məhsulun yalnız respublika bazarlarında satışı təmin olunur. Əvvəllər az əkilirdi. Məhsulun maya dəyəri nə qədər baha başa gəlsə də fermer onu istədiyi qiymətə sata bilmir”- deyə aqronom Fərmayıl Cəfərov əlvə edib.

Mütəxəssislər, həmçinin hesab edir ki, məhsulun ixracı üçün fermerlərə dəstək mexanizmi olmalıdır. Qeyd edək ki, Tovuzda son məhsul ilində 222 ha sahədən 6194 tondan çox məhsul yığılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
2
azertag.az

3Mənbələr