AZ

Bu biabırçılığa bir son qoyun

ain.az, Axsham.az saytına istinadən bildirir.

"Bir neçə gündür sənət aləmində çox üzücü və xoşagəlməz hadisə yaşanır. Şou-biznes deyəndə, bəziləri deyir, biz bura aid deyilik. Çoxları susur".

Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva videoaçıqlamasında deyib. O, son günlər yaşanan qalmaqallara münasibət bildirib: 

"Mən 27 ildir bu insanlarla üz-üzə gəldiyim, görüşdüyüm üçün danışıram. Xahiş edirəm, bu məsələdə ağbirçək sənətkarlarımız var, sözünü deyiblər. Onlar da sözlərini deyiblər. Bu məsələni sosial şəbəkədə yox, öz aralarında müzakirə etsinlər. Bu biabırçılığa bir son qoysunlar. Bizə övladlarımız baxır. Biz yaxşı, pis günlər görüb, nələrsə keçmişik. Övladlarımızın gözəl gələcəyi var. Niyə onları bu cür aqresiya və pis niyyətlə böyütməliyik?".

Qeyd edək ki, müğənni Səidə Sultan aparıcıları və kanal rəhbərlərini tənqid edərək, verilişlərdə bayağılığı təbliğ etmələrini pisləyib. Daha sonra onunla aparıcı Tarix Əliyev (Tolik) arasında qalmaqal yaşanıb. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
1
axsam.az

2Mənbələr