"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann yaxın günlərdə MLS-ə transfer olunacaq.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano sosial media hesabı ("X") üzərindən fransalı ulduzun "Orlando Siti" ilə anlaşdığı barədə məlumat yayıb.
Mənbənin məlumatına görə, bütün tərəflər arasında danışıqlar uğurla davam edir və son günlərdə əhəmiyyətli irəliləyiş əldə edilib. Orlando klubunun idman direktoru Rikardo Moreyranın Madridə səfərində Qrizmannın ABŞ təmsilçisi ilə razılıq əldə edildiyi bildirilir.
34 yaşlı Qrizmann 210 qolla klubun bütün zamanların ən məhsuldar oyunçusudur. Bu mövsüm o, bütün yarışlarda 35 oyunda meydana çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatır.