AZ

Rusiyada narahat gecə: 79 Ukrayna PUA-sı...

Rusiyanın hava hücumundan müdafiə qüvvələri ölkə ərazisi, eləcə də Qara və Azov dənizləri üzərində Ukraynaya məxsus 79 stasionar qanadlı pilotsuz uçuş aparatını (PUA) vurub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Zərərsizləşdirilən PUA-ların ən böyük hissəsi sərhəd bölgələrində qeydə alınıb. Belə ki, 21 dron Belqorod vilayəti üzərində vurulub. Krasnodar diyarı və Qara dəniz üzərində hər birində 15 olmaqla ümumilikdə 30 PUA məhv edilib.

Bundan əlavə, 11 pilotsuz uçuş aparatı Krım ərazisində, 9-u Azov dənizi üzərində, 5-i isə Saratov vilayəti səmasında zərərsizləşdirilib.

Həmçinin bildirilib ki, Adıgey, Kursk və Rostov vilayətləri üzərində hər birində 1 olmaqla daha 3 PUA vurulub.

Seçilən
0
publika.az

1Mənbələr