Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsində cavab oyununa çıxacaq.
Msport.az xəbər verir ki, komanda İngiltərənin “Nyukasl” kollektivinin qonağı olacaq.
Nyukasldakı “Sent Ceyms Park” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. İtaliyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “İctimai TV” vasitəsilə canlı yayımlanacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu
24 fevral
00:00. “Nyukasl” (İngiltərə) – “Qarabağ” (Azərbaycan)
Hakimlər: Davide Massa, Filippo Meli, Stefano Alassio, Luka Pairetto (hamısı İtaliya)
VAR hakimləri: Daniele Kiffi (İtaliya), Kristian Dingert (Almaniya)
“Sent Ceyms Park” stadionu