AZ

SOFAZ-ın Ərəb Enerji Fondu ilə tərəfdaşlığı gəlirliliyin artımı istiqamətində atılmış addımdır - İnqilab Əhmədov

Bakı. Trend:

Ərəb Enerji Fondu və Azərbaycan Dövlət Neft Fondunun CVC DIFşirkəti ilə birlikdə DIF7 fondu ilə paralel investisiya həyatakeçirəcək birgə investisiya mexanizminin yaradılması üzrətərəfdaşlığı fondun uzunmüddətli strategiyasının məntiqi davamı vəonun beynəlxalq mövqelərinin möhkəmləndirilməsi kimiqiymətləndirilməlidir.

Bunu Trend-əazərbaycanlı iqtisadçı-ekspert İnqilab Əhmədov bildirib.

Onun sözlərinə görə, bu saziş son illərin davamlı tendensiyasınatam uyğun gəlir:

“Fond artıq bir neçə ildir ki, “BlackRock” kimi iri oyunçular dadaxil olmaqla, böyük beynəlxalq maliyyə qrupları ilə əməkdaşlığıgücləndirir və qlobal portfel investisiyalarında iştirakınıgenişləndirir. Bu kontekstdə yeni tərəfdaşlıq SOFAZ-ın son illərdəizlədiyi strategiyaya tam uyğundur”.

Ekspert vurğulayıb ki, söhbət yalnız ərəb fondu iləəməkdaşlıqdan getmir:

“Layihədə logistika, texnologiya, daşınma və saxlama sahələrinəinvestisiyalar üzrə ixtisaslaşmış Avropa infrastruktur-logistikaşirkəti CVC DIF də iştirak edir. Bu isə razılaşmaya əlavə dərinlikqazandırır, çünki bu tip layihələr yalnız investisiya deyil, həm dəgeo-iqtisadi əhəmiyyət daşıyır”.

İ.Əhmədov qeyd edib ki, əvvəlki danışıqlar zamanı daşaxələndirmə və geosiyasi təsir potensialına malik iri investisiyavə logistika layihələrinin prioritetliyi xüsusi vurğulanıb.

Onun sözlərinə görə, bir sıra hallarda bu layihələr enerjitransformasiyası və bərpa olunan enerji mənbələrinin inkişafıməqsədləri ilə də üst-üstə düşür. Bu baxımdan hazırkı sazişəlamətdar və strateji baxımdan vaxtında atılmış addım hesab olunabilər.

Ekspert həmçinin, SOFAZ-ın investisiya portfelinin coğrafistrukturuna diqqət çəkib: “Hazırda fondun portfelinvestisiyalarının ən böyük payı ənənəvi olaraq Avropanın üzərinədüşür (təxminən 26 faiz, Şimali Amerikanın payı isə təqribən 24faiz təşkil edir). Əhəmiyyətli hissəni həmçinin qızıl aktivləritutur. Beləliklə, uzun müddət əsas investisiya fəallığıavroatlantik məkan üzərində cəmlənmişdi.

Lakin Qərb bazarlarında artan qeyri-müəyyənlik və volatillikfondu obyektiv olaraq daha geniş coğrafi şaxələndirməyə sövq edir.Son illərdə SOFAZ ərəb suveren fondları və iri investisiyastrukturları ilə fəal əməkdaşlıq edir, MENA regionunda iştirakınıtədricən artırır”, - deyə o bildirib.

Ekspert bu regionu nisbətən sabit, yüksək ödəmə qabiliyyətinəmalik və uzunmüddətli inkişaf yönümlü hesab edir ki, bu da onuinvestisiyalar üçün perspektivli istiqamətə çevirir.

Onun sözlərinə görə, fondun aktivlərinin artdığı şəraitdətematik, tərəfdaşlıq və coğrafi şaxələndirmə xüsusilə aktuallaşır.Gəlirliliyin artırılması daha düşünülmüş investisiya siyasəti tələbedir: qızıl qiymətlərinin artımı amili nəzərə alınmasa, mənfəətinyüksəlməsi yalnız riskləri düzgün qiymətləndirən və real gəlirtəmin edən keyfiyyətli, yaxşı hesablanmış investisiyalar hesabınamümkündür. Ekspertin fikrincə, yeni saziş məhz bu məntiqəuyğundur.

Azərbaycanla Yaxın Şərq ölkələri arasında iqtisadi əməkdaşlığındərinləşdirilməsi baxımından tərəfdaşlığın əhəmiyyətinə dair sualacavab verən İ.Əhmədov bildirib ki, bu istiqamətdə müsbət tendensiyaartıq son 5–10 ildə müşahidə olunur: “İri ərəb şirkətləriAzərbaycanda bərpa olunan enerji layihələrində iştirak edir,paralel olaraq digər iri investisiya təşəbbüsləri üzrə danışıqlaraparılır. Bu, həqiqətən də xarici iqtisadi əlaqələrinşaxələndirilməsi siyasətinin tərkib hissəsidir”.

Eyni zamanda ekspert balansın qorunmasının vacibliyinivurğulayıb. Onun sözlərinə görə, mövcud saziş çərçivəsində Avropatərəfdaşları ilə əməkdaşlığın saxlanılması texnoloji və investisiyariskləri ilə bağlıdır. Texnoloji innovasiyalar hələ də əsasən Qərbölkələrində və qismən Çində cəmləşdiyindən, kombinə olunmuştərəfdaşlıq formatı risklərin minimallaşdırılmasına vəinvestisiyaların effektivliyinin artırılmasına imkan verir.

“Müxtəlif profilli, coğrafi, texnoloji və investisiya baxımındanfərqli iştirakçıların multiplikativ iştirakı daha dayanıqlıəməkdaşlıq modeli formalaşdırır”, - deyə ekspert bildirib.

Bunların post-karbohidrogen dövründə gəlirlərin şaxələndirilməsistrategiyasının bir hissəsi olub-olmaması barədə suala münasibətbildirən İ.Əhmədov qeyd edib ki, son illərdə fondun aktivlərininəhəmiyyətli artımı əsasən qızıl bazarında əlverişli konyunktura iləbağlı olub:

“Lakin bu amildən həddindən artıq asılılıq risklər yaradır,çünki qiymət korreksiyası ehtimalı mövcuddur”.

Bu baxımdan ekspert onların daha riskli kateqoriyaya aidolmasına rəğmən alternativ istiqamətlərin - o cümlədən səhmlərə,infrastruktur və logistika layihələrinə investisiyalarınvacibliyini vurğulayır,

Onun sözlərinə görə, fondun aktiv strukturunda səhmlərə və digərbazar alətlərinə yatırımlar hazırda qızıl və dövlət qiymətlikağızlarından sonra üçüncü yeri tutur, lakin strateji baxımdanonların rolu artacaq.

“Beləliklə, Ərəb Enerji Fondu və CVC DIF ilə tərəfdaşlıqSOFAZ-ın ümumi strategiyasına uyğundur: bu, həm coğrafi, həm dəalət baxımından şaxələndirməni nəzərdə tutur və daha yüksəkgəlirli, hərçənd daha riskli investisiyaların payının mərhələlişəkildə artırılmasına xidmət edir. Nəticə etibarilə belə siyasətuzunmüddətli perspektivdə fondun dayanıqlı və daha yüksəkgəlirliliyinin təmin olunmasına yönəlib”, — deyə İ.Əhmədovyekunlaşdırıb.

Seçilən
15
az.trend.az

1Mənbələr