AZ

Baş katib BMT nin gücsüz olduğunu etiraf edib

ain.az, Reyting.az saytına istinadən bildirir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş İnsan Hüquqları Şurasının 61-ci Sessiyasının açılış nitqində bəyan edib ki, hazırda dünyada insan hüquqlarına genişmiqyaslı hücumlar var.

Reyting.az-ın məlumatına görə, Quterreş xüsusi vurğulayıb ki, insan hüquqları bilərəkdən, həm də çox açıq şəkildə pozulur və bunun nəticəsində qanunun aliliyi gücün ali hakimiyyətinə tabe etdirilir.

Baş katibin açıqlaması Qərb mediasında mübahisə və müzakirələrə səbəb olub.

Onu da qeyd edək ki, fevralın 23-də Cenevrədə başlayan İnsan Hüquqları Şurasının 61-ci Sessiyası 31 martadək davam edəcək.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
reyting.az

1Mənbələr