AZ

Çempionlar Liqası: “Qarabağ” İngiltərədə cavab oyununa çıxır

Bakı, 24 fevral, AZƏRTAC

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu İngiltərədə "Nyukasl" klubunun qonağı olacaq. "Sent Ceyms Park" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Matçı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

Qeyd edək ki, Bakıda keçirilmiş ilk oyunda "Nyukasl" 6:1 hesablı qələbə qazanıb.

Seçilən
14
6
azertag.az

8Mənbələr