AZ

BDYPİ bu sürücülərə müraciət etdi (VİDEO)

bakı.Trend:

Aparılan müşahidələr göstərir ki, bir sıra hallarda respublikaəhəmiyyətli avtomobil yollarında sürücülər tərəfindən qarşıdahərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsisaxlanılmır, eləcə də nəqliyyat vasitələrinin yolun hərəkəthissəsində yerləşdirilməsi qaydalarına lazımi səviyyədə riayətolunmur. Bu kimi hallar isə yol-nəqliyyat hadisələrinin baş verməriskini əhəmiyyətli dərəcədə artırır.

Trend xəbərverir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ)sürücülərə müraciətində deyilir.

Bildirilir ki, qanunvericiliyin tələblərinə əsasən, sürücüsürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsiseçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyatvasitəsi sürəti qəfil azaltdıqda və ya gözlənilmədən dayandıqda,toqquşmanın qarşısını ala bilsin.

"Nəzərə alınmalıdır ki, nəqliyyat vasitələrinin texnikigöstəriciləri, xüsusilə də tormoz sisteminin effektivliyi vədayanma məsafəsi fərqlidir. Bu səbəbdən sürücülər idarə etdiklərinəqliyyat vasitəsinin texniki xüsusiyyətlərini, yolun vəziyyətinivə tətbiq olunan sürət rejimini nəzərə alaraq, təhlükəsiz araməsafəsini düzgün müəyyən etməlidirlər. Sürət artdıqca araməsafəsinin də mütənasib şəkildə artırılması zəruridir.

Eyni zamanda, yol şəraitinə uyğun müəyyən edilmiş sürət həddininaşılması yolverilməzdir. Yüksək sürət zamanı sürücünün reaksiyasıvə təhlükəni vaxtında qiymətləndirmə imkanı azalır ki, bu da ağıryol-nəqliyyat hadisələrinə səbəb ola bilər.

Unutmayaq ki, əhəmiyyətsiz hesab edilən hər bir qayda pozuntususonda faciəvi nəticələrə gətirib çıxara bilər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri sükanarxasında məsuliyyətli, diqqətli və intizamlı olmağa, yol hərəkətiqaydalarına ciddi riayət etməyə çağırır", - qurumdan qeydolunur.

Seçilən
18
37
az.trend.az

10Mənbələr