Bakı. Trend:
Ramazan orucu zamanı uzunmüddətli aclıq və susuzluq bəzi xronikixəstəliklər üçün ciddi risk yarada bilər.
Trend xəbər verir ki,Bufikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində SəhiyyəNazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmovaçıqlayıb.
Onun sözlərinə görə şəkərli diabetin, xüsusilə insulinlə müalicəolunan formaları risk qrupuna daxildir:
“Tez-tez hipoqlikemiya yaşayan diabet xəstələrində oructəhlükəli ola bilər. Dərmanlarla çətin tənzimlənən arterialhipertenziya oruc zamanı ağırlaşa bilər. Ürək çatışmazlığı olanxəstələrdə maye balansının pozulması riski yüksəkdir. Bundan əlavə,yaxın zamanda infarkt keçirmiş şəxslərə oruc tövsiyə edilmir. Ürəkritm pozğunluğu olan xəstələrdə elektrolit dəyişiklikləri problemyarada bilər. Xroniki böyrək çatışmazlığı, xüsusilə irəliləmişmərhələdə olan xəstələr üçün risklidir”.
Mütəxəssis-ekspert bildirib ki, dializ alan xəstələr oructutmamalıdır:
“Həmçinin qaraciyər sirrozu olan xəstələrdə aclıq metabolikpozğunluqlara səbəb ola bilər. Aktiv hepatitlər zamanı orucvəziyyəti ağırlaşdıra bilər, mədə və onikibarmaq bağırsaq xorasınınaktiv dövrü risklidir. Xroniki qastrit və reflüks xəstələrində dəbu zaman şikayətlər arta bilər. Bronxial astmanın ağır formalarındaoruc tutmaq problem yarada bilər. Xroniki ağciyər xəstəliyi olan vəoksigenə ehtiyacı olan xəstələr Ramazan ayında ehtiyatlıolmalıdır”.
N.Məhərrəmov vurğulayıb ki, epilepsiya xəstələrində dərmanqəbulunun gecikməsi tutmaları artıra bilər:
“Parkinson və digər nevroloji xəstəliklərdə dərman rejimi pozulabilər. Onkoloji xəstələrdə ümumi vəziyyətə görə fərdi qərarverilməlidir. Anemiyası olan insanlarda Oruc tutan zamanbaşgicəllənmə və ürəkbulanma ola bilər. Hamilələr, yanaşı xronikixəstəliyi olan qadınlar risk altındadır. Bu səbəbdən hər birxroniki xəstə üçün oruc tutmaq fərdi şəkildəqiymətləndirilməlidir”.