Antuan Qrizman karyerasını MLS-də davam etdirməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, "Orlando Siti" fransalı futbolçunu heyətinə cəlb etmək üçün danışıqlarda irəliləyiş əldə edib.
Bu barədə xarici mətbuat məlumat yayıb.
MLS klubu onu yaxın günlərdə heyətinə cəlb etməyi planlaşdırır.
Qrizmanın karyerasının 10 ilə yaxın müddəti "Atletiko"da keçib.
Fransalı klub tarixinin ən çox qol vuran futbolçusudur.