AZ

Altı ayda beş ağır itki

“Meydan TV işi” üzrə həbsdə olan “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın ailəsində növbəti faciə baş verib. Jurnalistin bacısı Zəminə Ağayeva ötən gecə ağır xəstəlikdən vəfat edib.

Publika.az xəbər verir ki, Ş.Ağanın vəkili Zibeydə Sadıqova “Yeni Sabah”a bildirib ki, müdafiə tərəfi Şəmşad Ağanın dəfn mərasimində iştirakına icazə verilməsi üçün müvafiq hüquqi prosedura başlayıb. Onun sözlərinə əsasən, artıq məhkəməyə məlumat verilib və müdafiə tərəfi Şəmşad Ağanın bacısının dəfn mərasimində iştirak etməsi üçün icazə verilməsini istəyib.

Vəkilin sözlərinə görə, mərhumun cənazəsinin bu gün və ya sabah Rusiyadan gətirilməsi gözlənilir. O qeyd edib ki, özü də bir az sonra Bakı istintaq təcridxanasına yollanacaq.

Bu, həbsdə olan Şəmşad Ağanın son 6 ayda ailəsində baş vermiş beşinci ölüm hadisəsidir. Bu müddətdə jurnalistin dayısı, xalası, qardaşı qızı, anası, dünən isə bacısı vəfat edib.

Seçilən
4
1
publika.az

2Mənbələr