AZ

Xalq artisti yarım milyondan çox kommunal borcunu ödəmir – Foto

Rusiyanın Xalq artisti Filipp Kirkorov Moskvanın mərkəzində ümumi dəyəri 1,3 milyard rubl olan elit daşınmaz əmlaka sahib olmasına baxmayaraq, 521 min rubl məbləğində kommunal borcunu ödəməyib.

KONKRET.az news24-ə istinadən xəbər verir ki, iddiaya görə, müğənni 2025-ci ildən etibarən paytaxtın mərkəzində yerləşən elit obyektlərinə görə ödəniş etmir. Bildirilib ki, onun Moskvada ümumilikdə səkkiz mənzili var.

Arbat yaxınlığında, Filippovski döngəsində sənətçiyə məxsus üç daşınmaz əmlak obyekti yerləşir və onların ümumi dəyəri 1,15 milyard rubl təşkil edir:

Sənətçinin sahəsi 537 kv.m olan və 650 milyon rubl dəyərində penthaus, birinci mərtəbədə yerləşən sahələri 209 və 190 kv.m olan iki bitişik mənzillər, həmçinin hər biri 20 milyon rubl olan iki parkinq yerinə görə 456 min rubl borcu yaranıb.

Taganski rayonunda, Zemlyanoy Val küçəsində yerləşən binada isə müğənniyə məxsus daha beş mənzil var və onların ümumi dəyəri 180 milyon rubl təşkil edir.

Bu mənzillərə görə isə Kirkorovun 65 min rubl borcu yığılıb.

Xalq
Seçilən
13
3
konkret.az

3Mənbələr