AZ

Amnistiyaya düşən şəxslərin sayı açıqlandı

Amnistiya aktının tətbiq edilən şəxslərin dairəsi ümumilikdə 18 min 355 nəfərdir. 

"Unikal"ın məlumatına görə, bu barədə Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Əliyev “Amnistiya aktı: dövlət humanizminin ifadəsi” adlı seminarda səsləndirib. 

Onun sözlərinə görə, azadlıqdan məhrumetmə cəzasından 5066 nəfər azad edilib. 

N. Əliyev bildirib ki, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edənlər, qadınlar, əlillər, 18 yaşına çatmayanlar və s. 572 nəfərdir. 

"Böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş şəxslər 96, ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5 ilədək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin sayı 1081, az ağır cinayət törətdiklərinə görə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 1 ildən artıq olmayanlar 3386, ilk dəfə ağır cinayət törətdiklərinə görə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 6 aydan artıq olmayanlar isə 503 nəfərdir".

Orxan Rasifoğlu

Seçilən
2
unikal.az

1Mənbələr