Rusiya və ABŞ nümayəndələri mümkün nüvə silahlarına nəzarət müqaviləsini müzakirə etmək üçün 23 fevral Bazar ertəsi günü Cenevrədə görüşüblər.
Herbiand.az xəbər verir ki, Reuters və AFP agentliklərinə ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisinin bildirdiyinə görə, Vaşinqtov və Pekin nümayəndə heyətlərinin oxşar danışıqları çərşənbə axşamı gününə planlaşdırılıb.
ABŞ üç ölkənin iştirak etdiyi "geniş bir razılaşma" bağlamaqda israr edir. Bu sənəd üzrə danışıqlar ABŞ və Rusiya tərəfindən 2010-cu ildə imzalanmış Yeni Strateji Silahların Azaldılması Müqaviləsinin (START) müddəti 5 fevralda bitdikdən sonra başlayıb.
Hər iki agentliyin mənbələri həmçinin ABŞ-ın fevral ayında Böyük Britaniya və Fransa ilə oxşar ikitərəfli danışıqlar apardığını göstərir. Bu ölkələr təkcə nüvə arsenalına malik deyil, həm də Rusiya, ABŞ və Çinlə birlikdə BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Agentliyin mənbəyinə görə, danışıqlar "yaxşı" keçib və Amerika tərəfi nikbindir.