AZ

Polşa Ukraynaya 300-dən çox tank və milyardlarla zlot dəyərində hərbi texnika göndərib ÖZƏL

Polşa 24 fevral 2022-ci ildən etibarən Ukraynaya 318 tank, 586 müxtəlif tipli zirehli transportyor, 137 artilleriya qurğusu, eləcə də 10 ədəd MiG-29 qırıcı təyyarəsi və 10 ədəd Mi-24 helikopteri tədarük edib. Olaylar.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tuskun kanselyariyası məlumat yayıb.
Məlumata görə, Ukraynaya göndərilən zirehli texnikalar arasında T-72, PT-91 və Leopard 2A4 tankları, həmçinin sovet istehsalı BMP-1, BRDM-2 və Polşa istehsalı olan Rosomak zirehli transportyorları yer alır.
Varşava eyni zamanda Ukraynaya Polşa istehsalı olan Krab özüyeriyən artilleriya qurğuları və Rak özüyeriyən minaatan sistemləri də göndərib.
Sənəddə qeyd olunur ki, 2025-ci ilin mart ayına qədər Ukraynaya ötürülən hərbi əmlakın ümumi dəyəri 18 milyard zlot (5 milyard ABŞ dollarından çox) təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr