AZ

"Arka Sokaklar"da müğənni Güllünün cinayəti ekranlaşdırıldı

Qızı tərəfindən öldürülən müğənni Güllünün həyatı "Arka Sokaklar"a mövzu olub.

Far.Az xəbər verir ki, serialda qızı tərəfindən qətlə yetirilən 52 yaşlı müğənninin cinayəti ekranlaşdırılıb.

Serialda ən diqqət çəkən məqam isə rol alan gənc aktyor və aktrisanın Güllünün qızı Tuğyanla oğlu Tuğberkə bənzəməsi olub.

Xatırladaq ki, müğənni Güllü ötən il sentyabrın 26-da Yalovanın Çınarcık məhəlləsində yaşadığı mənzilindən yıxılaraq ölüb.

Aparılan araşdırmalardan sonra onun qızı Tuğyan Ülkem Gülter tərəfindən öldürüldüyü ortaya çıxıb. Tuğyan Ülkem Gülter həbs edilib.

Seçilən
9
1
far.az

2Mənbələr