AZ

Zelenski ilk dəfə Kiyevdəki bunkeri göstərib

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Bankova küçəsindəki Ofis binasının altında yerləşən bunkeri və öz iş kabinetini ilk dəfə göstərib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna KİV-i Prezidentin teleqram kanalındakı müraciətinə istinadən məlumat yayıb.

"Bu kiçik otaqda - müharibənin əvvəlində dünya liderləri ilə ilk danışıqlar burada olub. Burada ABŞ Prezidenti Cozef Baydenlə danışdım və məhz burada eşitdim: "Volodimir, təhlükə var, siz Ukraynanı təcili tərk etməlisiniz. Biz buna kömək etməyə hazırıq". Mən isə cavab verdim ki, mənə taksi yox, silah lazımdır", - o bildirib.

Yayımlanan görüntülərdə o, həmçinin vətənpərvərlik plakatları ilə bəzədilmiş dəhlizləri gəzib.

Seçilən
5
ikisahil.az

1Mənbələr