AZ

İranda telefonlara Trampla bağlı mesaj göndərildi: Ölkə qarışdı

İranda telefon istifadəçilərinə göndərilən kütləvi reklamın haker hücumu nəticəsində göndərildiyi məlum olub.

Turkustan.az xəbər verir ki, İranın yarı-rəsmi Fars Xəbər Agentliyinin məlumatına görə, bir neçə telefon istifadəçisi gündüz saatlarında naməlum nömrədən ABŞ prezidenti Donald Tramp haqqında SMS mesajları alıb.

Kütləvi reklam mesajları göndərmək üçün istifadə edilən haker hücumuna məruz qalan sistem nəticəsində "ABŞ Prezidenti əməli insandır. Gözləyək görək" ifadəsi olan SMS mesajı 50.000 abunəçiyə göndərilib.

ABŞ prezidenti Donald Tramp son açıqlamasında bildirib ki, əgər razılaşma əldə olunmazsa, bu, İran üçün çox pis bir gün olacaq.

ABŞ prezidenti İranla mümkün müharibə haqqında yazılanların hamısının yalan və qərəzli olduğunu bildirsə də, "Mən razılaşmanın olmasını istərdim. Amma razılaşma olmazsa, bu, həmin ölkə üçün çox pis bir gün olacaq" dedi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
34
1
turkustan.az

2Mənbələr