AZ

Zelenski Ukraynanın Aİ-yə daxil olması üçün dəqiq son tarixləriGÖZLƏYİR

Ukrayna Avropa Birliyindən gələcək üzvlüklə bağlı konkret qərar və dəqiq vaxt çərçivəsi gözlədiyini bəyan edib.

Redaktor.az xəbər verir ki, RBC-Ukraine bu barədə "Financial Times" qəzetində Ukrayna Prezidenti Vladimir Zelenskinin müsahibəsinə istinadən məlumat yayıb.

Prezident konkret son tarix müəyyənləşdirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, gələcək liderlər və ukraynalıların növbəti nəsli Rusiyanın Ukraynanın üzvlüyünü onilliklər boyu blokladığı bir vəziyyətlə üz-üzə qalmamalıdır.

Məlumata görə, Zelenskinin açıqlamaları Ukraynanın Avropa strukturları ilə inteqrasiyanı sürətləndirmək və xarici təzyiqlərin milli siyasətə təsirini minimuma endirmək məqsədi daşıyır. O qeyd edib ki, Aİ-yə qəbul üçün konkret vaxt çərçivəsi ölkənin uzunmüddətli təhlükəsizliyi və sabitliyi baxımından əsas elementdir və bu məsələ xüsusilə Rusiyanın artan təcavüzü fonunda daha da aktuallaşıb.

Zelenski əlavə edib ki, Rusiya rəhbərliyi Kiyevin danışıqlar mövqeyini zəiflətmək üçün beynəlxalq tərəfdaşlarla münasibətlər də daxil olmaqla müxtəlif siyasi manevrlərdən istifadə etməyə çalışır.

Aminə ŞAHSUVARQIZI

Seçilən
9
2
redaktor.az

3Mənbələr