AZ

Son 10 ildə sənaye zonalarında 19 milyard manatdan çox məhsul satılıb - Sədr

Bakı. Trend:

2025-ci ilin sonuna kimi İqtisadi Zonaların İnkişafıAgentliyinin idareəetməsində olan sənaye zonalarında 138 rezidentvə 13 qeyri-rezident qeydiyyatdan keçib. Ümumi investisiya portfeli8,7 milyard manatdan artıq olan layihələr üzrə sahibkarlartərəfindən 7 milyard manat faktiki sərmayə yatırılıb.

Trend xəbərverir ki, bunu bu gün İqtisadiyyat Nazirliyinin tabeliyindəİqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətininsədri Seymur Adıgözəlov rəhbərlik etdiyi qurumun ötən il üzrəfəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuatkonfransında deyib.

Onun sözlərinə görə, sənaye zonalarında 82 müəssisə fəaliyyətəbaşlayıb və 9700-dən artıq daimi iş yeri yaradılıb: "2015-2025-ciillərdə sənaye zonalarında ümumi dəyəri 19 milyard manatdan artıqməhsul satışı həyata keçirilib, bunun da 6 milyard manatdan artıqhissəsi ixrac edilib. Bu rəqəmlər sənaye zonalarının artıqformalaşmış və dayanıqlı bir sənaye mühitinə çevrildiyiningöstəricisidir".

O eyni zamanda qeyd edib ki, iqtisadi zonalarda xaricisərmayənin payı da illər üzrə əhəmiyyətli dərəcədə artıb: "Belə ki,əgər 2016-cı ildə cəmi 10,4 milyon xarici investisiya cəlbolunmuşdusa, yalnız 2025-ci ildə bu rəqəm 87,9 milyon manatsəviyyəsinə çatıb.

Bu rəqəmlər iqtisadi zonalarımızın beynəlxalq investorlar üçüncəlbediciliyinin davamlı olaraq artdığını aydın şəkildəgöstərir".

Seçilən
1
3
az.trend.az

4Mənbələr