AZ

İspaniya 1981-ci il çevriliş cəhdi ilə bağlı sənədləri açıqlayacaq

İspaniya 1981-ci il 23 fevral hadisələri ilə bağlı sənədləri açıqlayacaq. Reuters xəbər verir ki, İspaniyanın Baş naziri Pedro Sançes bu barədə özünün X sosial media hesabında məlumat verib.

Cənab Sançesin yazdığı kimi, "Demokratiyalar daha azad gələcək qurmaq üçün keçmişlərini bilməlidirlər". Sənədlərin 25 fevral çərşənbə günü açıqlanması gözlənilir. İspaniya ictimaiyyəti illərdir onların açıqlanması üçün çalışır. Sənədlər 1981-ci il hadisələrində Kral I Xuan Karlosun rolunu, eləcə də kəşfiyyat xidmətlərinin və digər dövlət qurumlarının hərəkətlərini daha dolğun şəkildə ortaya qoya bilər. Lakin, Reuters-in qeyd etdiyi kimi, 2022-ci ildə verdiyi müsahibədə İspaniyanın keçmiş kəşfiyyat rəisi Alberto Saiz həmin hadisələrlə bağlı sənədlərin əhəmiyyətli bir hissəsinin yoxa çıxdığını iddia etdi.

1981-ci il 23-24 fevral tarixlərində İspaniyada Franko tipli bir rejimi bərpa etmək məqsədi ilə ifrat sağçı qüvvələr tərəfindən hərbi çevriliş baş verdi. Podpolkovnik Antonio Tejero Molina və generallar Alfonso Armada və Jaime Milans del Boskanın rəhbərlik etdiyi putçistlər Valensiya hərbi rayonunda üsyan qaldırdılar və Madriddəki Konqres binasını ələ keçirdilər və orada parlament üzvlərini 17 saat girov saxladılar. Kral Juan Karlos putçistlərin hərəkətlərini pisləyən və demokratik yolla seçilmiş hökuməti dəstəkləyən televiziya çıxışından sonra üsyan yatırıldı.

Əziz Mustafa

Seçilən
9
1
oxumeni.az

2Mənbələr