AZ

Nazirlik: Hazırda şagirdlərin 80%-dən çoxu internetə çıxış imkanına malikdir

2020-ci ildən etibarən məktəblərdə daha yaxşı internet və kompüterlərlə təminat həyata keçirilir.

APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarovun “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə deyib.

O bildirib ki, hazırda şagirdlərin 80%-dən çoxu internetə çıxış imkanına malikdir:

“Hər il nazirlik tərəfindən 40-50 min kompüter məktəblərə verilərək təhsil müəssisələrinin texniki infrastrukturunun gücləndirilməsi təmin olunur”, - deyə o bildirib.

Seçilən
0
apa.az

1Mənbələr