AZ

Zelenski Kiyevdəki bunkeri ilk dəfə göstərdi – FOTO/VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Bankova küçəsində yerləşən Prezident Ofisinin binasının altındakı bunkeri və öz iş otağını ilk dəfə nümayiş etdirib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri prezidentin Telegram kanalındakı müraciətinə istinadən məlumat yayıb.

“Bu kabinet, Bankovadakı bunkerdəki bu kiçik otaq — müharibənin ilk günlərində dünya liderləri ilə ilk danışıqlar məhz burada aparılıb. Burada ABŞ prezidenti Co Baydenlə danışmışam və məhz burada belə bir xəbərdarlıq eşitdim: ‘Volodimir, təhlükə var, siz Ukraynanı təcili tərk etməlisiniz. Biz kömək etməyə hazırıq”. Mən isə cavab verdim ki, mənə taksi yox, silah lazımdır”, — deyə Zelenski bildirib.

Yayımlanan görüntülərdə o, həmçinin vətənpərvərlik plakatları ilə bəzədilmiş dəhlizlərdə də gəzib.

Qeyd edək ki, Ukrayna Prezident Ofisi Kiyevin Bankova küçəsi 11 ünvanında yerləşir. Bina 1936–1939-cu illərdə, 1870-ci illərə aid tikilinin bünövrəsi üzərində inşa edilib.

Əvvəllər burada Kiyev Xüsusi Hərbi Dairəsinin qərargahı, daha sonra isə Ukrayna Kommunist Partiyasının Mərkəzi Komitəsi yerləşib.












Bizim.Media

Seçilən
11
1
bizim.media

2Mənbələr