AZ

"Kavak Yelleri"nin aktrisası boşanır - FOTO

Türkiyəli aktrisa Pelin Karahan 12 ildir evli olduğu iş adamı Bedri Güntay ilə boşanma qərarı verib.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, cütlüyün razılaşmalı şəkildə boşanmaq üçün müraciət etdiyi və nikahlarının ilk məhkəmə iclasında rəsmən bitməsinin gözlənildiyi bildirilir.   

2014-cü ildə ailə quran cütlüyün Ali Demir və Eyüp Can adlı iki oğlu var. 

Boşanmanın səbəbi açıqlanmasa da, tərəflərin bir müddətdir ayrı evlərdə yaşadığı öyrənilib. 

Qeyd edək ki, aktrisa "Kavak Yelleri" serialındakı "Aslı" obrazı ilə məşhurlaşıb. 

Seçilən
16
50
unikal.az

10Mənbələr