AZ

I Liqa: Paytaxt derbisini kim qazanacaq?

Bu gün Azərbaycan I Liqasında XVI tur start götürəcək.

Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
 
Əvvəlcə autsayder "Şimal" Şamaxıda Cavid Hüseynovlu "Cəbrayıl"la üz-üzə gələcək.

Turun mərkəzi qarşılaşması isə Bayılda baş tutacaq. Liderin ən yaxın izləyiciləri “Səbail” ilə “Baku Sportinq” münasibətlərinə aydınlıq gətirəcəklər. "Səbail" bu dueldə uduzarsa, çempionluq mübarizəsində şansını minimuma endirəcək. Əks halda, ilk "üçlük"dən aralanmayacaq. 

Qeyd edək ki, turun qalan oyunları sabah keçiriləcək.

Azərbaycan I Liqası
XVI tur
24 fevral

15:00. “Şimal” – “Cəbrayıl”
Hakimlər: Murad Səlimov, Məmmədəli Kərimov, Rəşad Quliyev, Ruslan Quliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.

17:00. “Səbail” – “Baku Sportinq” 
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman Aslanov, İslam Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Bayıl Arena”. 

Seçilən
1
fanat.az

1Mənbələr