AZ

Yüksək səviyyəli görüş: Trampın istəyi həyata keçir

ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak İraq Baş naziri Məhəmməd Şiya əs-Sudani ilə görüşünün səmərəli keçdiyini bildirib.

O, İraqda sabitliyin təmin edilməsinə yönəlmiş siyasət və fəaliyyətlərlə uyğunlaşan effektiv liderliyin ortaq hədəflər üçün vacib olduğunu qeyd edib.

"Cebheinfo.az" xəbər verir ki, Barrak ABŞ-yə məxsus "X" şirkətinin sosial media platformasında İraq Baş naziri Sudani ilə görüşünə dair paylaşım edib.

Sudani ilə məhsuldar bir görüş keçirdiklərini bildirən Barrak danışıqlarda ABŞ Prezidenti Donald Trampın bölgədə sülh və rifahı təmin etmək istəyi və planı ilə həmahəng olan, İraqın suveren, sabit və firavan gələcək qurmağa yönəlmiş hədəflərinin müzakirə edildiyini vurğulayıb.

Barrak, "İraq və İraq xalqı üçün daha çox sabitliyin təmin edilməsinə yönəlmiş siyasət və təcrübələrlə uyğun gələn effektiv liderliyin zəruriliyi ortaq hədəflərimizin açarıdır" ifadəsini işlədib.

Seçilən
17
1
cebheinfo.az

2Mənbələr