AZ

Bu ölkə Xəzərlə bağlı HƏRƏKƏTƏ KEÇDİ

Qazaxıstan hökuməti Xəzər dənizinin öyrənilməsi və qorunması üçün təxminən 2,5 milyon dollar (1,1 milyard təngə) vəsait ayırıb.

Ekologiya.az Musavat.com-a istinadla  xəbər verir ki, Qazaxıstanın baş naziri Oljas Bektenovun imzaladığı sərəncama əsasən, vəsait "Qazaxıstan Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutu"na ayrılıb.

Məqsəd Xəzər dənizinin hərtərəfli öyrənilməsi, ekoloji dayanıqlığın dəstəklənməsi və regionun ətraf mühitinin qorunmasıdır.

Qazaxıstan hökumətinin mətbuat xidməti bildirir ki, ayrılan maliyyə institutun elmi potensialını artıracaq.

Vəsait dəniz monitorinqi üçün avadanlıqların alınması, eləcə də hidrobioloji və hidrokimyəvi laboratoriyaların təchiz edilməsinə sərf olunacaq.

“Bu dəstək institutun birbaşa dənizdə sistematik monitorinq aparmasına, hidrometeoroloji və bioloji ətraf mühit parametrlərini izləməsinə imkan yaradacaq. Nəticədə Qazaxıstan hissəsində dəniz prosesləri haqqında elmi əsaslı məlumat bazası genişlənəcək”, - açıqlamada qeyd olunub.

Seçilən
1
ekologiya.az

1Mənbələr