AZ

Azərbaycanın sığorta sektorunda mühasibat uçotunun aparılması qaydaları təsdiqlənib

Maliyyə Nazirliyinin Kollegiyası "Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən sığortaçılarda və təkrarsığortaçılarda mühasibat uçotunun aparılması Qaydaları"nı təsdiqləyib.

"Report" xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.

Qərara əsasən, maliyyə hesabatlarının tam toplusu aşağıdakı komponentlərdən ibarət olacaq:

-Maliyyə vəziyyəti haqqında hesabat;

-Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat;

-Kapitalda dəyişikliklər haqqında hesabat;

-Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;

-Əhəmiyyətli uçot siyasətləri və izahedici qeydlər.

Bundan başqa, aktiv və öhdəliklərin qiymətləndirilməsi ilə bağlı diskont dərəcələri maliyyə bazarında müşahidə edilə bilən məlumatlara əsaslanaraq müəyyən ediləcək.

Həmçinin maliyyə məlumatının faydalı olması üçün təqdim etməsi nəzərdə tutulmuş məlumata münasib olmalı və düzgün şəkildə təqdim edilməlidir. Münasiblik və düzgün təqdimat maliyyə məlumatlarının əsas keyfiyyət xüsusiyyətləridir.

Maliyyə Nazirliyinin Aparatının Maliyyə xidmətləri və dövlət müəssisələri üzrə siyasət şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Seçilən
5
4
far.az

5Mənbələr