AZ

İdarə rəisi myGov-dakı təhsil xidmətlərindən DANIŞDI

"Təhsil xidmətləri myGov-la daha sadə, çevik və vahid mühitdə təqdim olunur".

Redaktor.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda media nümayəndələri üçün keçirilən brifinqdə söyləyib. 

“Hazırda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan 8 elektron sənəd myGov platforması üzərindən vətəndaşların istifadəsinə verilib. Eyni zamanda, təhsil ödənişləri xidməti də myGov üzərindən təqdim olunur və bu platforma vasitəsilə müvafiq elektron sənədlərin əldə edilməsi mümkündür”, - deyə o bildirib.

Aytəkin TOFİQQIZI

Seçilən
21
1
redaktor.az

2Mənbələr