AZ

Pakistanda silahlı hücum nəticəsində 6 nəfər həlak olub

Bakı, 24 fevral, AZƏRTAC

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində naməlum silahlı şəxslərin iki sərnişin avtomobilinə hücumu nəticəsində 6 nəfər həlak olub.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, hadisə yerinə cəlb olunan polis və təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıblar. Faktla bağlı araşdırma aparılır.

Hücumun məsuliyyətini hələlik heç bir qrup öz üzərinə götürməyib.

 

Seçilən
16
2
azertag.az

3Mənbələr