AZ

“Müəllim” mobil tətbiqi müəllimlər üçün böyük səmərə verir   

Yanvar ayından etibarən “Müəllim” mobil tətbiqi istifadəyə verilib.  


Manset.az xəbər verir ki, bu haqda Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov bu gün keçirilən brifinqdə məlumat verib. 

Onun sözlərinə görə, “Müəllim” mobil tətbiqi müəllimlərin gündəlik işini asanlaşdırmaq və təhsil prosesinde rəqəmsal idarəetməni təmin etmək məqsədi daşıyır.  Müəllimlər bu tətbiqdən istifadə edərək öz fəaliyyətlərini mümkün qədər rahatlaşdıra bilərlər. Bu tətbiqdə müəllimlər öz dərs cədvəllərini planlaya bilərlər. Eyni zamanda, tətbiq müəllimlərə dərs materiallarını idarə etməyə və tədris prosesini daha səmərəli təşkil etməyə imkan yaradır.


Fidan Vəlisoy 

Seçilən
5
manset.az

1Mənbələr