AZ

Qarabağdakı sənaye parkları 1.4 milyard manatlıq satış reallaşdırıb

BAKI, 24 fevral. TELEQRAF

Ağdam Sənaye Parkı və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkları üzrə satış 2024-cü ildə 22,3 milyon manat olubsa, 2025-ci ildə bu rəqəm 1 milyard 393 milyon manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun ötən il üzrə fəaliyyətinin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu parklarda 2024-cü ildə ixrac 20 min manat olduğu halda 2025-ci ildə ixrac həcmi 62,3 milyon manat təşkil edib:

“Səsləndirdiyim bu rəqəmlər azad edilmiş ərazilərimizdə sənayeləşmə prosesinin artıq real nəticələr verdiyini və inkişafın yeni mərhələyə qədəm qoyduğunu aydın şəkildə göstərir”.

Seçilən
9
teleqraf.com

1Mənbələr