AZ

Azad edilən ərazilərə 26 milyard manatdan çox vəsaitin ayrılması təmin ediləcək

Bakı. Trend:

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunanbütün yaşayış məntəqələrində olduğu kimi Xocalı da yenidən qurulurvə inkişaf edir. Xocalı şəhəri və 7 kənd daxilolmaqla rayonda artıq 4 mindən çox sakinməskunlaşıb.

Trend xəbərverir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bugünküplenar iclasında deyib.

Millət vəkili bildirib ki, 75 mindən çoxvətəndaşın yaşadığı və çalışdığı Qarabağ və Şərqi Zəngəzurda builin sonunadək daha 80 min nəfərin yaşayaraqişləyəcəyi gözlənilir. Bu ilin sonunadək işğaldan azad olunanərazilərdə 150 mindən çox vətəndaşın yaşayacağıdeməkdir.

“Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına 23milyard manata yaxın vəsait ayrılıb və bütövlükdə 2026-cıil daxil olmaqla bu istiqamətə 3,7 milyard manatvəsaitin ayrılması nəzərdə tutulur. Bu o deməkdir ki, yalnız dövlətbüdcəsindən 2026-cı il daxil olmaqla zəfərdən sonra işğaldan azadolunmuş ərazilərimizin bərpasına 26 milyard manatdanartıq vəsaitin ayrılması təmin ediləcək. Bu vəsaithesabına infrastrukturun yenidən qurulması, məskunlaşma üçünyaşayış evlərinin tikintisi, eyni zamanda sosial və kommunalxidmətlərin göstərilməsi ilə bağlı infrastrukturun bərpası vəyenidən qurulması işləri daxildir”.

Deputat vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycaniqtisadiyyatında 10 faiz pay formalaşdırmaqpotensialı var.

“Bu isə yaxın illərdə Qarabağ və Şərqi Zəngəzurun ölkəiqtisadiyyatına 15 milyard manatdan artıq əlavədəyər qatacağını göstərir və işğaldan azad olunmuş əraziləriniqtisadi potensialının kifayət qədər yüksək olduğunu göstərir”, -deyə V.Bayramov qeyd edib.

Seçilən
16
az.trend.az

1Mənbələr