AZ

BakuBus ın sürücüsü niyə avtobus zolağı ilə hərəkət etmir? VİDEO

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bakı şəhəri, Moskva prospektində "BakuBus" MMC-yə məxsus 13 nömrəli marşrut avtobusunun sürücüsünün müəyyən edilmiş - öz yolu ilə deyil, sol zolaqda hərəkət etməsi fərdi nəqliyyat vasitələrinin sahiblərinin narazılığına səbəb olub.

Oxu.Az xəbər verir ki, vətəndaşlar sözügedən ərazidə avtobuslar üçün sağda ayrıca zolaq ayrıldığı halda ictimai nəqliyyat vasitəsinin sürücüsünün sol yolda hərəkət etdiyini, bu zaman fərdi avtomobillərin hərəkətinə maneə yaratdığını diqqətə çatdırıblar.

Sürücülərdən biri qeydə aldığı videoda bildirir ki, sözügedən vəziyyət yolda hərəkəti çətinləşdirir:

"Fərdi avtomobillər avtobus zolağında hərəkət edərkən cərimə tətbiq olunur. Lakin avtobuslar öz yolundan çıxıb sol zolaqda gedəndə heç bir tədbir görülmür".

View this post on Instagram

Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva qeyd edib ki, qurumun istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən həmin avtobusun sürücüsü Moskva prospektində ictimai nəqliyyatın hərəkəti üçün ayrılmış zolaqda digər nəqliyyat vasitələrinin, o cümlədən minik avtomobillərinin hərəkətdə olması səbəbindən məcburi qaydada ikinci hərəkət zolağına daxil olub:

"Bu vəziyyət mövcud yol şəraiti ilə əlaqədar yaranır. Bununla belə, sürücü ilə barəsində daxili qaydalara uyğun müvafiq tədbir görüləcək. Məlumat üçün bildiririk ki, sürücülərə hərəkət təhlükəsizliyi və zolaq qaydalarına əməl olunması ilə bağlı gündəlik təlimat xarakterli SMS bildirişlər göndərilir, günün müxtəlif saatlarında nəzarət tədbirləri həyata keçirilir. Qeyd olunan sürücü ilə profilaktik söhbət aparılacaq".

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
oxu.az

1Mənbələr