AZ

Nazirlik: Hazırda şagirdlərin 80% dən çoxu internetə çıxış imkanına malikdir

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

2020-ci ildən etibarən məktəblərdə daha yaxşı internet və kompüterlərlə təminat həyata keçirilir.

APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə deyib.

O bildirib ki, hazırda şagirdlərin 80%-dən çoxu internetə çıxış imkanına malikdir:

“Hər il nazirlik tərəfindən 40-50 min kompüter məktəblərə verilərək təhsil müəssisələrinin texniki infrastrukturunun gücləndirilməsi təmin olunur”, - deyə o bildirib.

Vüsal Xanlarov qeyd edib ki, təhsil xidmətləri “myGov” platformasına inteqrasiya olunub, rəqəmsal məzmun istifadəçilərinin sayı 530 minə çatıb: "Azərbaycanda təhsilin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 8 növ təhsil xidməti “myGov” (mobil və veb-portal) platformasına inteqrasiya edilib. Platforma vasitəsilə vətəndaşlar müxtəlif məlumatları əldə edə bilirlər. Hazırda 3 elektron xidmət icra olunur. Bunlara ali və orta ixtisas təhsili pillələri üzrə təhsilalanların köçürülməsi, ali və orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin elektron qeydiyyatı, eləcə də məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qəbulu daxildir”.

Vüsal Xanlarov qeyd edib ki, 40-dan çox informasiya sistemi və informasiya ehtiyatı Vahid Giriş Sisteminə – MyGovID/SİMA-ya qoşulub, bütün informasiya sistemləri və ehtiyatlar Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
apa.az

1Mənbələr