AZ

"Biz insanı yox, modeli dəyişməliyik" - Razi Nurullayev

"Biz kəndləri hamı üçün eyni model üzrə planlaşdırırıq. Amma reallıq fərqlidir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev bildirdi.

Onun sözlərinə görə, əgər bir ailə kənddə mal-qara saxlamaq istəmirsə, təsərrüfatla məşğul olmayacaqsa, onu məcburi klassik kənd modelinə uyğun köçürməyin mənası yoxdur:

"Belə insanlar üçün şəhər tipli və ya qəsəbə tipli yaşayış məntəqələrinin formalaşdırılması daha məqsədəuyğun olar. Dövlət sektoru, kiçik biznes və ya turizm üzərində qurulan yaşayış mühiti yaradılmalıdır. Kəndlər isə funksional zonalara bölünə bilər: bir hissəsi mal-qara saxlayan, kənd təsərrüfatı ilə məşğul olan ailələr üçün, digər hissəsi isə bu həyat tərzinə uyğun olmayan, amma kənd mühitində yaşamaq istəyən insanlar üçün. Hamını eyni qəlibə salmaqla uğur əldə edə bilmərik. Biz insanı yox, modeli dəyişməliyik".

Nuriyyə NATİQQIZI

Seçilən
10
2
redaktor.az

3Mənbələr