Azərbaycan I Liqasında 16-cı tur bu gün başlayır.

Offsideplus.az xəbər verir ki, turun açılış günündə iki qarşılaşma baş tutacaq.

İlk olaraq "Şimal" "Cəbrayıl"ı sınağa çəkəcək, günün digər oyununda isə "Səbail" "Bakı Sportinq"lə üz-üzə gələcək.

Turun digər üç görüşü isə sabah keçiriləcək.

24 fevral (çərşənbə axşamı)

15:00. “Şimal” – “Cəbrayıl”

Hakimlər: Murad Səlimov, Məmmədəli Kərimov, Rəşad Quliyev, Ruslan Quliyev.

Məkan: Şamaxı OİK stadionu.

17:00. “Səbail” – “Bakı Sportinq”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman Aslanov, İslam Məmmədov.

Məkan: “Bayıl Arena”.

25 fevral (çərşənbə)

15:00. “Şahdağ Qusar” – “Zaqatala”

15:00. “Difai” – “Şəfa”

15:00. “Mingəçevir” – MOİK