AZ

Samuxda narkotik və psixotrop maddələrin ziyanı ilə bağlı tədbir keçirilib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 24 fevral, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən “Təhsildə sosial iş” xidməti çərçivəsində Samux rayon Nizami Gəncəvi adına Sərkar kənd tam orta məktəbdə görüş təşkil edilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Narkotik və psixotrop maddələrin ziyanı” mövzusuna həsr edilən tədbirdə agentliyin əməkdaşları, Samux Rayon İcra Hakimiyyəti başçısının müavini, müəllimlər və məktəbin VIII-X sinif şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı mövzu ilə bağlı müxtəlif təqdimatlar edilib, narkotik maddələrin fiziki və psixoloji təsirləri haqqında məlumat verilib. Eyni zamanda, zərərli vərdişlərdən qorunmağın yolları izah edilib. Şagirdlərlə sağlam psixoloji vərdişlərin formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
azertag.az

1Mənbələr