AZ

"Xocalı şəhidlərinin qanı yerdə qalmadı" - Deputat

"Xocalı dəhşətli bir faciə, insanlığa qarşı törədilmiş ən ağır, ən dəhşətli cinayətlərdən biridir. Bu faciə miqyasına və mülki əhaliyə qarşı törədilən vəhşiliyə görə tarixdə Holokost kimi tanınan soyqırımlarla müqayisə olunub".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Aydın Hüseynov bildirdi.

O vurğuladı ki, görə, Xocalıda insanlar yalnız azərbaycanlı olduqlarına, milli və etnik mənsubiyyətlərinə görə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə insanlığa sığmayan kütləvi qırğına məruz qalıb, minlərlə insan ağır fiziki və mənəvi işgəncələrlə üz-üzə qalıb.

"Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildi. 1994-cü ildə Milli Məclis Xocalı faciəsini rəsmi olaraq soyqırımı kimi tanıdı. Bu siyasət bu gün də ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbə nəticəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2023-cü ildə Xocalı şəhəri tam azad edildi və Prezident İlham Əliyev Xocalıda Azərbaycan bayrağını ucaltdı. Bu, tarixi ədalətin bərpası idi. Bu gün Xocalı yenidən qurulur, həyata qayıdır. Artıq yüzlərlə ailə doğma torpaqlarına qayıdıb, yeni evlər, infrastruktur və istehsal müəssisələri yaradılır. 2025-ci ildə Xocalı soyqırımı memorial kompleksinin yaradılması haqqında sərəncamın imzalanması faciə qurbanlarının xatirəsinin əbədi yaşadılmasına xidmət edir".

Nuriyyə NATİQQIZI

Seçilən
21
redaktor.az

1Mənbələr