AZ

Qatarda yenə nasazlıq yaranıb - İntervallarda gecikmələr var

Bu gün saat 11:18 radələrində Bakı Metropoliteninin “İçərişəhər–Sahil” mənzilində Qırmızı xətt üzrə hərəkət edən qatarda texniki nasazlıq qeydə alınıb.

Qurumdan bildirilib ki, normativ tələblərə uyğun olaraq sərnişinlər “Sahil” stansiyasında düşürülüb, qatar isə köməkçi vasitə ilə xətdən çıxarılır. Bu səbəbdən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr müşahidə olunur.

Bənövşəyi xətt və “Cəfər Cabbarlı–Xətai”, “Həzi Aslanov–Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir. Sərnişinlərdən anlayışa görə təşəkkür edilib.

Seçilən
15
7
anews.az

10Mənbələr