AZ

İcbari Tibbi Sığorta çərçivəsində vətəndaşlar bu tarixədək pul ödəməyəcək

Bakı. Trend:

İcbari tibbi sığorta (İTS) çərçivəsində müştərək maliyyələşməməbləği 2027-ci il yanvarın 1-dən ödəniləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan "Tibbi sığorta haqqında" Qanunda dəyişiklikedilməsi barədə qanun layihəsində öz əksini tapıb.

“Tibbi sığorta haqqında” Qanuna əsasən, sığortaolunan ilkintibbi-sanitariya yardımına müraciət etmədən birbaşaixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdənistifadə etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.

Qanun layihəsində müştərək maliyyələşmə məbləğinin tətbiqininnövbəti dəfə uzadılaraq 2027-ci il 1 yanvartarixindən həyata keçirilməsi təklif edilir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaqbir oxunuşda qəbul edilib.

Xatırladaq ki, hazırda qüvvədə olan qanuna əsasən, müştərəkmaliyyələşmə məbləği 2026-cı il 1 yanvartarixindən ödənilməli idi.

Qeyd edək ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsinəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbisığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindənödənilən hissəsidir.

Müştərək maliyyələşmə məbləği tibbi xidmətləri göstərmiş tibbmüəssisəsinə və ya dərman vasitələrini buraxmış aptek təşkilatınasığortaolunan tərəfindən birbaşa ödənilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən tibb müəssisəsinə və aptek təşkilatına ödənilən sığortaödənişinin məbləği müştərək maliyyələşmə məbləği həcmindəazaldılır.

İlkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşaixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdənistifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləğiödəməlidir.

Müştərək maliyyələşmə məbləği və onun tətbiq olunduğu hallaryuxarıdakı abzas istisna olmaqla tibbi xidmətlərə münasibətdəxidmətlər zərfi, dərman vasitələrinə münasibətdə isə pozitiv siyahıilə müəyyən olunur.

Seçilən
5
6
az.trend.az

10Mənbələr