ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Abşeron rayonu Masazır qəsəbəsinin Yeni Bakı yaşayış massivində hazırda qazıntı işləri aparılır. Ərazidə xüsusi texnikanın işləməsi və yolun bir hissəsinin qazılması səbəbindən gediş-gəliş qismən məhdudlaşdırılıb, nəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklər yaranıb. Görülən işlərin mahiyyəti və hansı qurum tərəfindən icra olunduğu ilə maraqlandıq.Məlum oldu ki, yaşayış massivində təmir işləri Abşeron Rayon İcra Hakimiyyətinin göstərişi ilə həyata keçirilir.İcra Hakimiyyətinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, görülən işlər kanalizasiya xəttinin yenilənməsi ilə əlaqədardır. Layihə özəl şirkət tərəfindən sifariş edilib və icrası podratçı şirkət tərəfindən həyata keçirilir.Qeyd olundu ki, bundan öncə digər qonşu yaşayış massivi olan “Qurtuluş-93”-də də kanalizasiya xətlərinin yenilənməsi prosesi aparılıb. Xətlərin dəyişdirilməsi işləri başa çatdıqdan sonra ərazi tamamilə asfaltlanacaq.

Şəfiqə Şəfa, Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.