Ukraynada tammiqyaslı işğalı başlatdıqdan 4 il sonra Rusiya prezidenti Vladimir Putin hələ də müharibədə qalib gələ biləcəyinə inanır və Ukraynanı müstəqil suveren dövlət kimi məhv etmək məqsədindən əl çəkməyib.
Herbiand.az bu barədə Sky News nəşrinə istinadən bildirir.
Nəşr yazır ki, bu yaxınlarda Rusiya qoşunlarının döyüş meydanındakı məğlubiyyətləri görünür Putinin inanclarını sarsıtmayıb, ona görə də, müharibəyə son qoymaq üçün danışıqlarda onun səmimiyyətinə ciddi şübhələr var: “Bununla belə, diplomatik proseslər son dərəcə yavaş gedir və ukraynalılar hesab edirlər ki, ABŞ Moskvanın onlara etdiyi fantastik biznes təkliflərinin təsirindədir. Belə ki, Rusiya hərbi yolla ələ keçirə bilmədiyi ərazilərin ona verilməsini tələb etməyə davam edir və Amerikalı danışıqçılar göründüyü kimi, onları təhrik etməyə davam edirlər”.
Ukraynalılar Donald Trampın müharibənin yalnız bir istiqamətdə getdiyinə əmin olduğundan və onların əllərində heç bir rıçaqın olmadığını düşündüyündən narahatdırlar. Buna görə də onlara sərfəli olmayan müqavilənin imzalanmasına məcbur edilməsindən ehtiyat edirlər.
Nəşr qeyd edir ki, Kiyevdə Trampın komandasının bu danışıqlarda dürüst və ya ədalətli vasitəçi olmadığına dair əsaslı inam var.
Bəxtiyar CƏFƏRLİ